İDMAN


Türk idman müxbiri: Azərbaycanın İslam Həmrəyliyi Oyunlarındakı təcrübəsi ev sahibi ölkələr üçün çox faydalıdır VİDEO

Konya, 10 avqust, AZƏRTAC

Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarının məqsədi türk birliyi, İslam həmrəyliyi yolunda səyləri artırmaqdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevi görməkdən çox məmnunuq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin gedişatında tanınmış türkiyəli jurnalist, idman üzrə şərhçi Kemal Soylu deyib.

Son illər Azərbaycanda idmanın sürətli inkişafda olduğunu, eləcə də ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etdiyini xatırladan Kemal Soylu deyib ki, Azərbaycan komandasının Konyada geniş tərkiblə təmsil olunması ortaq idman tariximizdə böyük hadisədir.

Bu Oyunların bir sıra müsbət cəhətlərinin olduğunu diqqətə çatdıran şərhçi əminliklə bildirib ki, Azərbaycanın İslam Həmrəyliyi Oyunlarındakı təcrübəsi Türkiyə və bundan sonrakı oyunlara ev sahibliyi edəcək ölkələr üçün çox faydalı olacaqdır.

 
Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Konya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.