CƏMİYYƏT
Türk iş adamı: Azərbaycan Prezidenti Qarabağda reallaşdırılan layihələrə xüsusi həssaslıqla yanaşır
Bakı, 7 dekabr, AZƏRTAC
Türk Ağsaqqalları Birliyinin (TAİB) nümayəndələri Ankarada Türkiyə-Azərbaycan İş Şurasının rəhbəri, Qarabağda böyük layihələr həyata keçirən, Zəfər Yolunun inşasında iştirak edən məşhur "Kolin İnşaat Şirkəti”nin sahibi Kamal Koloğlu ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə iş adamı Qarabağdakı quruculuq işlərində iştirak etməkdən qürur duyduqlarını deyib.
Kamal Koloğlu, həmçinin Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrə xüsusi həssaslıqla yanaşdığını və Qarabağ iqtisadi rayonunun tezliklə dirçəldilməsi üçün böyük səylər göstərdiyini bildirib.
TAİB-in həmsədri, tanınmış diplomat Hulusi Kılıçın fəaliyyətindən söz açan iş adamı onun türk xalqları arasında əlaqələrin inkişafına töhfə vermək istiqamətində səylərini təqdir etdiyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:35]
DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub
- 24.04.2024 [18:55]