DÜNYA


Türk nazir: 2023-cü ilin martında Qara dəniz qazını quruda yandıracağıq

İstanbul, 11 avqust, AZƏRTAC

Qara dənizin 2200 metr altında enerji bazası yaradırıq. 2023-cü ilin martında Qara dəniz qazını quruda yandıracağıq.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin enerji və təbii qaynaqlar naziri Fatih Dönmez ifadə edib.

Türkiyənin yeni istismara verilən dördüncü qazma-kəşfiyyat gəmisi “Əbdülhəmid Han” haqqında danışan nazir bildirib ki, gəmi bölgədə 45-50 gün fəaliyyət göstərəcək.

Qeyd edilib ki, digər qazma gəmilərinə bənzər bir çox xüsusiyyətləri olsa da, “Əbdülhəmid Han” ölkədə istifadə edilən bu tip ilk dəniz vasitəsidir. Dünyada bu gəmilərdən beş ədəd var və o, 12 min 200 metrə qədər qazma qabiliyyətinə malikdir.

Nazir bildirib ki, Aralıq dənizində indiyədək səkkiz qazma işi tamamlanıb. Bunlardan beşi Türkiyənin səlahiyyətləri sahəsindədir.

Qara dənizdə kəşf edilən təbii qaz yatağı ilə bağlı məlumat verən nazir bu istiqamətdə işlərin davam etdiyini bildirib.

Nazir, həmçinin deyib: “Quyuda tamamlama işlərimiz davam edir. Qara dənizin 2200 metr altında enerji bazası yaradırıq. Dərinlikdə boruların çəkilişi 120 kilometr hissədə başa çatdırılıb, 50 kilometrlik hissə qalıb. Ümid edirik ki, 2023-cü ilin birinci rübündə - mart ayında bu qazı quruda yandırmış olacağıq”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.