CƏMİYYƏT


Türkanda evinin həyətində istixanada narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb

Bakı, 31 iyul, AZƏRTAC 

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının “Xaş-Xaş 2020” tədbirlər planına əsasən həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Türkan qəsəbəsi sakini Yavər Ağayev saxlanılıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ona məxsus qəsəbə ərazisindəki evin həyətyanı sahəsindəki istixanaya baxış zamanı kultivasiya yolu ilə yetişdirilən yaş halda 725 ədəd çətənə kolu, yaşadığı evdən isə 8 kisə qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Yavər Ağayev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.