ELM VƏ TƏHSİL


Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi könüllülərin fəaliyyəti nəticəsində sürətlənir

Bakı, 20 noyabr, AZƏRTAC

Türk dilində olan “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması və redaktə olunması prosesi bu işə daha çox könüllünün qoşulması nəticəsində sürətlənir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) sərbəst elektron resursları şöbəsinin müdiri Elnur Eltürk məlumat verib.

“Türkcə “Vikipediya”da ölkəmizlə bağlı məlumatların zənginləşdirilməsinə MEK-in “Vikipediya” Metodik Mərkəzinin könüllüsü, İstanbul Universitetinin magistrantı Mərdan Orucoğlu və tanınmış “Vikipediya” idarəçisi Araz Yaquboğlu dəstək verəcəklər. Bununla da, türk dilində olan “Vikipediya”da Azərbaycan tarixi ilə bağlı yanlış məlumatların, boşluqların aradan qaldırılması diqqətdə saxlanılacaq. Vikikönüllülər Azərbaycanın tarixinə və mədəniyyətinə dair etibarlı məlumatların çatdırılması məqsədilə nüfuzlu elm adamlarımız və qəhrəmanlarımız haqqında məqalələri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə uyğunlaşdırdıqdan sonra “Vikipediya”da yerləşdirəcəklər”, - deyə Elnur Eltürk bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.