ELM VƏ TƏHSİL


Türkcə Yetərlik İmtahanının Azərbaycanda tanıdılması üçün Yunus Əmrə İnstitutu ilə əməkdaşlıq imkanları yaradılır

Bakı, 25 noyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi və Yunus Əmrə İnstitutu arasında imzalanacaq əməkdaşlıq protokoluna əsasən DİM Türkcə Yetərlik İmtahanının (TYS) Azərbaycan ictimaiyyətində tanıdılması, bu imtahanın etibarlı və təhlükəsiz qaydada keçirilməsi üçün texniki infrastrukturun yaradılması, bununla yanaşı xaricilərə Azərbaycan dilinin öyrədilməsi məqsədilə dərslik vəsaitləri, onlayn tədris və imtahan platformasının inkişaf etdirilməsi, eyni zamanda, Azərbaycan dili xarici dil kimi imtahanının ərsəyə gətirilməsi üçün Yunus Əmrə İnstitutu ilə qarşılıqlı əməkdaşlıq imkanları yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə əməkdaşlıq protokolunun imzalanmasından əvvəl açılış nitqində söyləyib. M.Abbaszadə xatırladıb ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən Nazirlər Kabinetinin "Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması”nın təsdiq edilməsi barədə Sərəncamından irəli gələn fəaliyyətin həyata keçirilməsində DİM icraçı qurumlardan biri olaraq göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.