SİYASƏT
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası rusiyalı səfirin qətlini pisləyir
İstanbul, 20 dekabr, АZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) dekabrın 19-da Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsini kəskin şəkildə pisləyir.
TDƏŞ-in baş katibi Ramil Həsənov tərəfindən yayılan yazılı müraciətdə mərhum səfir A.Karlovun ailə üzvlərinə və yaxınlarına başsağlığı verilir. Terrorun bütün formalarını, o cümlədən rusiyalı səfirin qətlə yetirilməsini qətiyyətlə qınayan baş katib əminliklə ifadə edir ki, bu terror aktını təşkil edən təxribatçı qüvvələr öz çirkin məqsədlərinə çata bilməyəcəklər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 27.03.2024 [20:51]