İQTİSADİYYAT
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək Zirvə Toplantısına dair müzakirələr aparılıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə Toplantısına dair müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevlə görüşüb. Görüşdə Azərbaycanın TDƏŞ üzvü olan ölkələrlə iqtisadi sahədə əlaqələrinin inkişafı, bu il oktyabrın 14-15-də Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Toplantısı və bu tədbir çərçivəsində biznes-forumun təşkili məsələləri müzakirə edilib.
TDƏŞ–in baş katibi ilə, həmçinin üzv ölkələr arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsində önəmli rol oynayacaq Birgə İnvestisiya Fondunun yaradılması barədə fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]