SİYASƏT


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısına hazırlıq məsələləri müzakirə edilib

Astana, 13 mart, AZƏRTAC

Qazaxıstan Parlamenti Məclisinin (aşağı palata) sədri Nurlan Niqmatulin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevlə görüşüb.

AZƏRTAC Qazaxıstan parlamentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Şuranın baş katibi təşkilatın fəaliyyəti və onun genişləndirilməsi məsələlərindən danışıb.

Nurlan Niqmatulin və Bağdad Amreyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin türk əməkdaşlıq institutlarının struktur islahatları ilə bağlı təşəbbüslərinin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər.

Görüşdə, həmçinin bu ilin payızında Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə toplantısına hazırlıq məsələləri müzakirə edilib.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.