RƏSMİ SƏNƏDLƏR


Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Altınbek Mamayusupovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Türkdilli Ölkələrin Parlament Assambleyası adından səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Qazandığınız parlaq və inamlı qələbənin Azərbaycan xalqına uğur, firavanlıq və tərəqqi gətirəcəyinə əminəm və inanıram ki, türkdilli ölkələr arasındakı əməkdaşlıq Sizin dəstəyiniz sayəsində daha da güclənəcəkdir.

Böyük ehtiram hissi ilə Sizə ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, xalqınıza isə rifah arzu edirəm.

Yüksək hörmət və ehtiramla,

 

Altınbek Mamayusupov

Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin