Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Türkdilli Ölkələrin Parlament Assambleyasının komissiyalarının iclasları keçirilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 10-cu plenar iclası ərəfəsində qurumun dörd komissiyası onlayn iclaslarını keçiriblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, parlamentin komitə sədri, TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri Əhliman Əmiraslanov komissiyanın altıncı iclasını açaraq bildirib ki, koronavirusun təsir etdiyi ən önəmli sahələrdən olan ətraf mühitlə bağlı məsələlər TÜRKPA ölkələrində diqqətdə saxlanılır. Komissiya 2020-2021-ci illər ərzində onlayn formatda müxtəlif tədbirlər keçirib, qlobal və regional baxımdan aktual məsələləri deputatların, həmçinin TÜRKPA-ya üzv ölkələrin, beynəlxalq təşkilatların və əlaqədar qurumların ekspertlərinin iştirakı ilə ətraflı müzakirə edib. Bugünkü iclasın gündəliyində yer alan “Su ehtiyatlarının və torpaqların idarə olunması” mövzusuna videokonfrans, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanun layihəsi”nin müzakirəsinə isə seminarlar həsr olunub.

İclasda adıçəkilən mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb, tövsiyə qərarlarına baxılıb, bu komissiyanın adının “Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyası” olaraq yenilənməsi məsələsinə müsbət münasibət bildirilib.

Komissiyanın iclasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva da iştirak edib.

X X X

TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının onlayn formatda keçirilən səkkizinci iclasına komissiyanın sədr müavini Sauıtbek Abdraxmanov (Qazaxıstan) sədrlik edib.

O, əvvəlcə gündəlikdəki “TÜRKPA üzvü ölkələri arasında turizmin inkişafı: COVID-19 pandemiyasının təsiri və gələcək perspektivləri”nə dair komissiya iclasının hesabat məruzəsinin layihəsini, daha sonra isə bu məsələyə dair tövsiyə qərarlarının layihəsini təqdim edərək quruma üzv 4 qardaş ölkə arasında parlament diplomatiyası vasitəsilə görülən işlərdən danışıb. Tarixi birliyimizdən güc alaraq parlamentlərimiz arasındakı əməkdaşlığı inkişaf etdirməyin və milli qanunvericiliyi təkmilləşdirməyin əhəmiyyətini vurğulayıb. Mədəni və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsinin səmərəli nəticələr verdiyini bildirib. TÜRKPA ölkələri arasında turizmin inkişafının bütün tərəflər üçün çox faydalı olacağını deyib.

Komissiyanın iclasında TÜRKPA-nın model qanun haqqında Əsasnaməsinin layihəsi, Qadın parlamentariləri qrupunun və Gənc parlamentarilər qrupunun Əsasnamələrinin layihələri müzakirə olunub.

İclasda Milli Məclisin deputatları Cavanşir Feyziyev turizm məsələsi ilə bağlı, Məlahət İbrahimqızı isə Qadın parlamentariləri qrupunun Əsasnaməsi ilə bağlı bir sıra təkliflərini diqqətə çatdırıblar.

X X X

TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının səkkizinci onlayn iclasına Milli Məclisin deputatları Ağalar Vəliyev və Fazil Mustafa qatılıblar.

İclası açan İqtisadi əməkdaşlıq komissiyasının sədri, Qazaxıstan parlamentinin üzvü Amerxan Raximjanov koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə türkdilli ölkələrin həyata keçirdiyi işləri vurğulamaqla, bu dövrdə TÜRKPA regionunda baş verən önəmli məsələlərdən, xüsusən də 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfərindən danışıb.

Sonra gündəliyin birinci məsələsi olan “Yaşıl iqtisadiyyat”, yenilik və rəqəmsallaşdırma üçün qanunvericilik dəstəyi təcrübəsinə dair komissiya iclasının hesabat məruzəsinin layihəsi nəzərdən keçirilib. Müzakirələrdə “Yaşıl iqtisadiyyat”, iqtisadiyyatın rəqəmsallaşması və elektron ticarət kimi yeni istiqamətlər müasir dövrün ən mühüm trendləri kimi vurğulanıb və layihə təsdiq edilib.

“Elektron kommersiya haqqında” model qanun layihəsinin müzakirəsində isə sənədin hazırlanmasında Azərbaycan Respublikası Milli Məclisinin işi xüsusi qeyd olunub.

“Yaşıl iqtisadiyyat”, yenilik və rəqəmsallaşdırma üçün qanunvericilik dəstəyi təcrübəsinə dair Komissiya iclasının tövsiyə qərarlarının layihəsi də komissiyanın müzakirəsindən keçərək qəbul olunub.

Milli Məclisin deputatları Ağalar Vəliyev və Fazil Mustafa iclasda müzakirə olunan məsələlərlə bağlı çıxış edərək müasir çağırışlar fonunda layihələrin əhəmiyyətini yüksək dəyərləndirib, “Yaşıl iqtisadiyyat” və rəqəmsallaşdırma üzrə Azərbaycanın gördüyü işləri, xüsusən işğaldan azad edilmiş ərazilərdə dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirləri qeyd ediblər.

X X X

TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının onlayn səkkizinci iclasını komissiya sədrinin müavini, Milli Məclisin deputatı Nizami Cəfərov aparıb.

Gündəliyin qəbulundan sonra “Pandemiya şəraitində TÜRKPA üzvü ölkələrinin kənd ərazilərində sosial vəziyyətə dair” hesabat məruzəsinin layihəsi müzakirə olunub. Nizami Cəfərov layihə barədə məlumat verərək pandemiya dövründə ölkələrdə, xüsusən kənd ərazilərində meydana çıxan və kəskinləşən sosial problemlərin həllində gənc fermerlərin və qadın sahibkarlığının stimullaşdırılmasının vacibliyini vurğulayıb. Müzakirələrdən sonra Türkiyə tərəfinin təklifi nəzərə alınmaqla “Pandemiya şəraitində TÜRKPA üzvü ölkələrinin kənd ərazilərində sosial vəziyyət”ə dair hesabat məruzəsi təsdiqlənib və məruzəni plenar iclasda təqdim etmək Milli Məclisin deputatı Nizami Cəfərova həvalə olunub.

Sonra “Kinematoqrafiya haqqında” və “Kinematoqrafiya və audiovizual əsərlərin çəkilişinə xarici investisiyaların cəlb edilməsi haqqında” model qanun layihələri müzakirə olunub. Qanun layihələrini Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev təqdim edib. Bildirilib ki, qanun layihələrində TÜRKPA arealında filmlərin istehsalı, yayımlanması, kinematoqrafiya sənətinin təbliği və qorunması, habelə gənclərin bu sahədə yaradıcılığının inkişaf etdirilməsi üçün müxtəlif stimullaşdırıcı tədbirlərin təşkili, eyni zamanda, kinematoqrafiyanın inkişafı üçün olduqca vacib olan xarici maliyyə vəsaitlərinin cəlbi nəzərdə tutulub. Parlamentarilər qanun layihələrini qəbul edəndən sonra gündəliyin üçüncü məsələsi olan “Pandemiya şəraitində TÜRKPA üzvü ölkələrinin kənd ərazilərində sosial vəziyyətə dair” komissiya iclasının tövsiyə qərarlarının layihəsini də müzakirə edərək təsdiqləyiblər.

Onlayn formatda keçirilən bütün komissiyaların iclaslarında təşkilati məsələlərə baxılıb. Növbəti seminarların mövzuları, həmçinin növbəti iclasların yeri, tarixi və gündəliyi müəyyənləşdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azəbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

KİV: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub