SİYASƏT


Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə indiyədək 35-ə yaxın kitab nəşr edilmişdir

Bakı, 2 yanvar (AZƏRTAC). Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov AZƏRTAC-a bildirmişdir ki, qurumun sifarişi və maliyyə dəstəyi ilə bu günədək 35-ə yaxın kitab qırğız, qazax, rus və ingilis dillərinə tərcümə edilərək nəşr edilmişdir. Fondun nəşr etdirdiyi həmin kitablar Qırğızıstan, Qazaxıstan, Özbəkistan və digər Mərkəzi Asiya ölkələrində təmənnasız yayılmış və bu gün də yayılmaqda davam edir.

Fondun nəşrləri arasında ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsini, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti əks etdirən kitablar, Azərbaycan həqiqətlərinə, ölkə tarixi, ədəbiyyatı, mədəniyyəti və elminə həsr olunmuş əsərlər çoxluq təşkil edir.

Qurum Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində 49 adda qədim mətbəx əşyasını Qırğız-Türk Manas Universitetinə təqdim etmiş və orada həmin əşyalardan muzey yaratmışdır. Fond, həmçinin 11 Azərbaycan milli musiqi aləti alaraq, həmin universitetin konservatoriya şöbəsinə hədiyyə etmiş, Qırğızıstan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı bölməsi yaratmışdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.