ELM VƏ TƏHSİL


“Türkdilli əlyazmalar kataloqu” nəşrə hazırlanıb

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Türkdilli əlyazmalar kataloqu” nəşrə hazırlanıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kataloqda bu elm müəssisəsində saxlanılan Azərbaycan, türk, özbək, türkmən və digər türk dillərində müxtəlif illərdə yazılmış ayrı-ayrı əsərlər haqqında məlumatlar verilir.

Kataloqun tərtibçisi institutun şöbə müdiri, professor Azadə Musayeva, elmi redaktoru elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.