MƏDƏNİYYƏT


Türkdilli ölkələr arasında əməkdaşlığın daha da inkişafı məsələləri müzakirə olunub

Daşkənd, 28 fevral, АZƏRTAC

Qırğızıstanın Özbəkistandakı səfiri İbrahim Junusov Daşkənddə TÜRKSOY-un Baş katibi Düsen Kaseinovla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə türkdilli dövlətlər arasında mədəni sahədə əlaqələrin inkişafı və möhkəmləndirilməsində TÜRKSOY-un rolu, üzv ölkələrdə Novruz bayramının təntənəli şəkildə keçirilməsi istiqamətində görülən işlər, 2020-ci ildə qədim Xivə şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan olunması məsələləri müzakirə edilib.

İbrahim Junusov “Oş-Türk dünyasının mədəniyyət paytaxtı 2019” tədbirlərinin yüksək səviyyədə keçirilməsi istiqamətindəki xidmətlərinə görə Düsen Kaseinova minnətdarlıq edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.