MƏDƏNİYYƏT
Türkdilli ölkələrin milli kitabxana direktorlarının dördüncü konfransı keçirilib
Bakı, 16 noyabr, AZƏRTAC
Noyabrın 16-da Türkiyə Milli Kitabxanasında türkdilli ölkələrin milli kitabxana direktorlarının dördüncü konfransı təşkil olunub.
Azərbaycan Milli Kitabxanasından AZƏRTAC-a bildirilib ki, tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı çıxış edərək konfransın əhəmiyyətindən söz açaraq fəaliyyətinə uğurlar arzulayıblar.
Konfrans çərçivəsində Nabi Avcı TÜRKSOY-un medalı ilə təltif olunub.
Tədbirdə, həmçinin Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək iştirakçılara təşkilatın gələcək inkişafından, tətbiq olunan innovativ yeniliklərdən, onlayn xidmətlərdən və innovasiyaların tətbiqi təcrübəsindən danışıblar.
Konfransda Başqırdıstan, Qaqauz, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr, Moldova, Özbəkistan və Tatarıstan milli kitabxanaları təmsil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]