İQTİSADİYYAT


“Turkish Policy Quarterly” jurnalında Azərbaycan səfirinin TANAP-la bağlı məqaləsi dərc olunub

Ankara, 6 dekabr, AZƏRTAC

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin qardaş ölkədə ingilis dilində rüblük nəşr olunan “Turkish Policy Quarterly” jurnalında elmi məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, “TANAP - enerjidən daha önəmli” sərlövhəli məqalədə Azərbaycan-Türkiyə əməkdaşlığının çoxistiqamətli dinamik inkişafından bəhs olunur. İki qardaş ölkənin birgə həyata keçirdiyi beynəlxalq iqtisadi layihələrin mahiyyətini izah edən müəllif TANAP-ın ticarət, təhlükəsizlik və digər sahələrin inkişafına verdiyi töhfələrdən yazır.

Azərbaycan-Türkiyə əlaqələri və TANAP layihəsinin qardaş ölkənin geostrateji mövqeyini gücləndirdiyini qeyd edən səfir diqqətə çatdırır ki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərləri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyada yeni bir iqtisadi münasibətlər müstəvisi formalaşdırıb.

Bildirilir ki, TANAP təkcə enerji nəqliyyat dəhlizi deyil, o, həm də digər layihələr üçün davamlı inkişaf yaradaraq dinamik hərəkətdə olan cəlbedici bir vasitədir. Müəllif Xəzərin Azərbaycan sektorunun enerji resurslarının Avropa üçün vacibliyinin artması, TANAP layihəsinin qitənin enerji bazarı üçün daha önəmli faktora çevrilməsi, layihənin Xəzər regionu, Mərkəzi Asiyada regional tərəqqi və təhlükəsizliyə verdiyi töhfələr barədə fikir və mülahizələrini bölüşür.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.