DÜNYA


Türkiyə 2023-cü il üçün 75 milyon turist qəbul etməyə hazırlaşır

Ankara, 24 iyun, AZƏRTAC

Dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası Türkiyə turizm fəaliyyətinə də ciddi əngəllər yaradıb. Ənənəvi turizm mövsümünün təxminən yarısı arxada qalsa da, məlum infeksiya səbəbindən bu sahədə dinamik dirçəliş mümkün olmur.

AZƏRTAC xəbər verir ki, mövcud problemə baxmayaraq, Türkiyə hökuməti turizm sektorunun inkişafı üçün mühüm strategiya həyata keçirir. Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy açıqlamasında bildirib ki, 2023-cü il üçün 75 milyon turist qəbul etmək, 65 milyard ABŞ dollar gəlir götürmək qarşıya məqsəd qoyulub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.