DÜNYA


Türkiyə ABŞ-dan “F-35” təyyarələri alır

Bakı, 20 iyun, AZƏRTAC

Türkiyə ABŞ-dan “F-35” təyyarələri alır. İlkin olaraq iki təyyarə sabah Texas ştatının Fort-Uert şəhərində keçiriləcək mərasimdə Türkiyə tərəfinə təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə NTV kanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazir qeyd edib ki, ABŞ Senatı Türkiyəyə “F-35” qırıcılarının satılmasına qarşı çıxsa da, təyyarələr Ankaraya təhvil veriləcək. Türkiyənin Baş naziri Binəli Yıldırım Senatın bu addımının təəssüf doğurduğunu, bunun həm də strateji tərəfdaşlığa zidd olduğunu bildirib.

Xatırladaq ki, Türkiyə ABŞ-dan 100 “F-35” beşinci nəsil qırıcı-bombardmançı almaq istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.