DÜNYA


Türkiyə: ABŞ-ın bəzi məhsullara gömrük rüsumunu artırması Dünya Ticarət Təşkilatının qərarlarına ziddir

İstanbul, 11 avqust, AZƏRTAC

ABŞ administrasiyasının Türkiyədən ixrac olunan alüminium və polad məhsullarına tətbiq olunan gömrük rüsumunu artırmaq barədə qərarı qardaş ölkənin kəskin etirazı ilə qarşılanıb.

AZƏRTAC rəsmi informasiya mənbələrinə istinadla xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyi məsələyə münasibətdə ABŞ-ın bu qərarının Dünya Ticarət Təşkilatının qarşılıqlı ticarət barədə qərarlarına zidd olduğunu bildirib.

Ticarət Nazirliyinin məlumatına görə, Türkiyə 2017-ci ildə ABŞ-a 1,1 milyard dollar dəyərində dəmir, alüminium və polad məhsulları ixrac edib. Ötən il eyni tərkibli məhsulların ixracının həcmi 1,3 milyard dollar dəyərində olub.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.