DÜNYA


Türkiyə-Aİ münasibətlərinin inkişafı üçün “yol xəritəsi”nin hazırlanması barədə razılıq əldə olunub

Ankara, 22 yanvar, AZƏRTAC

Avropa İttifaqı liderlərinin Zirvə görüşünü Türkiyəyə uzadılmış əl kimi dəyərləndiririk və biz də buna qarşılıq veririk. Türkiyə hər zaman münasibətlərin sağlam inkişafında maraqlı olub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkənin Avropa İttifaqındakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında ifadə edib.

Brüssel səfərinin nəticələrini yüksək dəyərləndirən Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Kipr adasının türk icmasının maraq və mənafelərinin qorunması, Egey dənizində su sərhədlərinin beynəlxalq normalara uyğun müəyyən edilməsi və digər məsələlərdə haqlı mövqelərini qorumaqda qətiyyətlidir.

Nazir diqqətə çatdırıb ki, Avropa İttifaqı ölkələri ilə viza məsələsində mühüm müzakirələr aparılıb. O cümlədən Türkiyə-Aİ münasibətlərinin inkişafı üçün “yol xəritəsi”nin hazırlanması barədə razılıq əldə olunub.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.