DÜNYA


Türkiyə Ali Hərbi Şurasının növbəti iclası keçirilib

Ankara, 4 avqust, AZƏRTAC

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Ali Hərbi Şurasının (Yüksek Askeri Şura-YAŞ) növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasdan əvvəl Şura üzvləri Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət ediblər.

Əvvəlcə Türkiyənin Dövlət Himni səsləndirilib, Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbrin “Xatirə kitabı”nı imzalayıb.

Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın Ali Hərbi Şuranın iclasının qərarlarını açıqlayıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Yaşar Gülərin səlahiyyət müddəti daha bir il uzadılıb.

Hərbi Dəniz Qüvvələrinin komandanı ordu generalı Adnan Özbal və Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz təqaüdə çıxıblar.

İclasın qərarına əsasən, avqustun 30-da qüvvəyə minməklə 16 general və admiralın rütbəsi birqat yüksəldilib, 47 polkovnikə isə general və admiral hərbi rütbələri verilib. Bundan başqa, ordu generalı Ercümənt Tatlıoğlu Hərbi Dəniz Qüvvələri komandanı, ordu generalı Atilla Gülan isə Hərbi Hava Qüvvələri komandanı təyin ediliblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.