DÜNYA


Türkiyə Ali Məşvərət Şurasının növbəti toplantısı olub

Ankara, 2 dekabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının (AMŞ) növbəti toplantısı keçirilib.

AZƏRTAC Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadla xəbər verir ki, AMŞ-nin budəfəki iclası Türkiyənin Paris İqlim Razılaşmasına qoşulması mövzusuna həsr olunub.

Toplantı ilə bağlı yayılmış açıqlamada diqqətə çatdırılır ki, Türkiyənin Avropa İttifaqının 2050 hədəflərini ehtiva edən “Avropa Yaşıl Konsensusu” ilə uyğunlaşma çərçivəsində elan etdiyi “Yaşıl Uzlaşma Fəaliyyət Planı” ilə bağlı danışıqlar gedir. Birləşmiş Millətlər Təşkilatının 26-cı İqlim Dəyişikliyi Konfransı (COP-26) 2053-cü il Milli Bəyannaməsi çərçivəsində “Yaşıl Uzlaşma Fəaliyyət Planı” 2018-ci ildən etibarən həyata keçirilməsi nəzərdə tutulan prinsiplər əsasında qiymətləndirmələr aparılır.

Açıqlamada həmçinin iqlim dəyişikliyi ilə mücadilənin həyatın bütün sahələrinə təsir etdiyi vurğulanır və qeyd olunur ki, Türkiyə bu sahədə beynəlxalq ictimaiyyətlə əməkdaşlığı halında prosesin içində olmaqda davam edəcək və prosesi öz inkişaf hədəfləri ilə insan cəmiyyətinin həssaslığı arasında ortaq yol anlayışı ilə idarə edəcəkdir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.