ELM VƏ TƏHSİL


Türkiyə Ali Təhsil Şurasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir

Bakı, 30 noyabr, AZƏRTAC

Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində qonaqlar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb, həmçinin Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib.

Təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Emin Əmrullayev qonaqları ölkəmizdə qarşılamaqdan məmnunluğunu ifadə edib və bu görüşün iki qardaş ölkənin ali təhsil sahəsində əlaqələrinin möhkəmlənməsində mühüm addım olduğunu bildirib.

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar dəvətə və səmimi qarşılanmaya görə Emin Əmrullayevə təşəkkürünü bildirib.

Görüşdə ali təhsil sahəsində mövcud əməkdaşlığa və perspektivlərə dair geniş fikir mübadiləsi aparılıb, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2021-ci ilin sentyabr ayından etibarən Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Universiteti arasında kənd təsərrüfatı sahəsində həyata keçirilən ikili diplom proqramı ikitərəfli əməkdaşlığın uğurlarından biri kimi qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.