DÜNYA
Türkiyə Almaniyada məscidə qarşı hörmətsizliyi kəskin pisləyib
İstanbul, 2 oktyabr, AZƏRTAC
Türkiyənin Xarici İşlər Nazirliyi Almaniyanın Şimali Ren vilayətində yerləşən Gladbeck şəhərində fəaliyyət göstərən məscidə qarşı təhqiramiz hərəkətə kəskin etirazını ifadə edib.
AZƏRTAC xəbər verir ki, açıqlamada Türkiyənin Alana şəhəri ilə qardaşlaşmış şəhər olan Gladbeckda belə bir hərəkətin törədilməsindən təəssüf hissi ifadə olunur. Bildirilir ki, iki şəhər arasında ötən 25 ildə geniş əlaqələr qurulub. Son illər irqçi qüvvələr tərəfindən Almaniyada fəaliyyət göstərən məscidlərə qarşı törədilən ədəbsiz hərəkətlərin artmasından narahatlıq ifadə olunur.
Dini İşləri üzrə Türk İslam Birliyi təşkilatının məlumatına görə, oktyabrın 1-də Almaniya vaxtı ilə saat 03:00 radələrində sözügedən məscidin divarına və qapısının şüşəsinə xaç işarəsi çəkilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]