SİYASƏT


Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və Heydər Əliyev Mədəniyyət Evi erməni təxribatını pisləyib

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycan Ordusu növbəti dəfə erməni təxribatının qarşısını alaraq Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirib. Ermənistan işğalçılıq siyasətini açıq şəkildə davam etdirdiyini bu dəfə də nümayiş etdirdi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və Heydər Əliyev Mədəniyyət Evinin yaydığı bəyanatda yer alıb.

Bəyanatda qeyd olunub ki, ermənilərin yalan, hiyləgər və məkrli əməlləri ilə bağlı bütün dövrlərə dair bitib-tükənməyən faktlar var. Qəsd edib özünü zərərçəkən kimi göstərmək, yazıq cildinə salmaq, yalanı doğru kimi təqdim etmək, başqasının malına, mədəniyyətinə iddia edib uydurma “əsaslandırma” yaratmaq erməni toplumunun genetikasında möhkəm yer tutub. Türkiyə və Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunması üçün çalışsa da, erməni təxribatı bu gün də davam edir.

Bəyanatda bildirilib ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, ətraf yeddi rayonunu da işğal edib, bir milyondan çox azərbaycanlı öz doğma yurdlarından didərgin salınıb, on minlərlə insan qətlə yetirilib, şəhərlər və kəndlər viran qoyulub. 1994-cü ildən münaqişə tərəfləri arasında atəşkəs elan edilsə də, Ermənistan ATƏT-in Minsk qrupunun himayəsi ilə aparılan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir və davamlı olaraq atəşkəsi pozur. Eyni zamanda, işğal olunmuş Azərbaycan torpaqlarının dərhal azad edilməsi və işğalçı Ermənistanın qoşunlarının həmin əraziləri tərk etməsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də yerinə yetirilmir.

“Son silahlı insident də Ermənistan dövlətinin davamlı şəkildə apardığı təxribatın bir hissəsidir. Azərbaycan torpaqlarının müdafiəsi uğurunda həyatlarını fəda edən bütün şəhidlərimizin ailələrinə, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk. Hər zaman Azərbaycan dövlətinin və qardaşlarımızın yanında olduğumuzu bildiririk”, - deyə bəyanatda qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.