Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündardan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanda keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi və xalqınızı təbrik edirik.

Dost və qardaş Azərbaycan xalqı aprelin 11-də Sizi böyük səs çoxluğu ilə yenidən Prezident seçməklə birliyə, bərabərliyə, inkişafa və sabitliyə dəstəyini nümayiş etdirdi.

Azərbaycanımız Qafqazın parlayan ulduzu olan bir ölkədir. İqtisadi, sosial, mədəni sahələrdə mötəbər tədbirlərə uğurla ev sahibliyi edir. Ölkənin, demək olar, hər guşəsi yenidən qurulmaqdadır. Azərbaycan dünya ölkələri arasında layiqli yer tutaraq, nüfuz sahibi olan dövlətə çevrilib. Azərbaycanın uğurlu inkişafı ulu öndər Heydər Əliyevin siyasətinin, cənab Prezident, Sizin rəhbərliyinizlə davam etdirilməsi sayəsində mümkün olub.

Biz ölkənizdə keçirilən seçkilərin nəticəsini Türkiyədə “bir millət, iki dövlət” olaraq böyük sevinc hissi ilə qarşıladıq. Sizə və qardaş Azərbaycan xalqına bu qələbə münasibətilə bir daha səmimi təbriklərimizi çatdırır və uğurlarınızın davamlı olmasını arzulayırıq.

Hörmətlə,

 

Bilal Dündar

Türkiyə-Azərbaycan Dərnəkləri

Federasiyasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin