SİYASƏT


Türkiyə-Azərbaycan Dərnəyi açılmışdır

Bakı, 26 sentyabr (AZƏRTAC). Türkiyənin İstanbul şəhərindəki Kadıköy Xalq Təhsil Mərkəzində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin açılış mərasimi keçirilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə Azərbaycan və Türkiyədən çoxlu qonaqlar iştirak etmişlər.

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səftər Qaraqoyunlu dünyanın müxtəlif ölkələrində yaşayan eyni millətin övladlarının bir yerdə toplaşmasından qürur duyduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, dərnəyin məqsədi Azərbaycan ilə Türkiyə arasında olan dostluq, qardaşlıq və həmrəylik əlaqələrini inkişaf etdirmək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.

Türkiyə Böyük Millət Məclisinin İstanbuldan olan deputatı Ali Özgündüz təmsil etdiyi partiyanın Azərbaycanı daim dəstəklədiyini vurğulamışdır.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Tahir Hacıyev isə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq əlaqələrinin getdikcə inkişaf etdiyini qeyd etmişdir.

Digər çıxış edənlər də yeni yaradılmış dərnəyə uğurlar arzulamış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiklərini bildirmişlər.

Mərasim bədii hissə ilə davam etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.