SİYASƏT


Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu erməni təxribatı ilə bağlı etiraz bəyanatı yayıb

Bakı, 13 iyul, AZƏRTAC

Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri, professor Aygün Attar beynəlxalq təşkilatlara etiraz bəyanatı ünvanlayıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, BMT Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Minsk qrupuna ünvanlanmış etiraz bəyanatında qeyd olunub ki, Azərbaycan ərazisini işğal edən və beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətməklə bir daha əsl niyyətini nümayiş etdirib. Beləliklə, Ermənistanın beynəlxalq arenada dünya ictimaiyyətinə “sırıdığı” münaqişənin sülh yolu ilə həllini dəstəkləyən fikirlərinin riyakarlıqdan başqa bir şey olmadığı öz təsdiqini tapdı.

Bəyanatda Ermənistanın Cənubi Qafqaz bölgəsində sülhə ən böyük təhdid olması, münaqişə və gərginlik yaradan, Qarabağla bağlı aqressiv davranan tərəf olduğu bir daha diqqətə çatdırılıb. Ermənistanın bundan əvvəlki təxribatlarına da laqeydlik nümayiş etdirən beynəlxalq təşkilatlardan bir daha Ermənistanın təxribatlarına münasibət bildirməyi tələb edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.