SİYASƏT


Türkiyə-Azərbaycan münasibətləri Şuşa Bəyannaməsi ilə ən yüksək zirvəyə qalxdı VİDEO

Türkiyə-Azərbaycan münasibətləri Şuşa Bəyannaməsi ilə ən yüksək zirvəyə qalxdı VİDEO

Bakı, 12 dekabr, AZƏRTAC

Bu gün qardaş Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür. Onun əziz xatirəsini dərin ehtiramla yad edirik, ruhu şad, məkanı cənnət olsun. Şübhəsiz, Ümummilli Lider Azərbaycanın müstəqilliyinin yenidən qazanılmasında əməyi olan rəhbəridir. Ulu Öndəri Azərbaycan-Türkiyə əlaqələrini başladan, sağlam, sarsılmaz körpüləri “Tək millət, iki dövlət” şüarı ilə inşa edən bir lider olaraq xatırlayırıq. Onun siyasi yolunu bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Türkiyə-Azərbaycan əlaqələrini daha da yüksək səviyyəyə qaldırıblar.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı söyləyib.

O qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətləri Şuşa Bəyannaməsi ilə ən yüksək zirvəyə qalxdı. Bu Bəyannamə iki qardaş ölkənin əlaqələrini bütün sahələrdə ən yüksək nöqtəyə qaldırdı. Şuşa Bəyannaməsi həm də müttəfiqlik müqaviləsidir.

“Türkiyədə olan hərbi təlimlərin bənzəri də Azərbaycanda keçirildi. Bu hərbi təlimlər 2022-ci ilin yekunlarına uyğun olaraq gerçəkləşdirildi. Dörd fərqli yerdə həyata keçirilən təlimlər son dərəcə uğurlu oldu”, - deyə Cahid Bağçı vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.