Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Türkiyə-Azərbaycan silah qardaşlığı: tarix təkrar olunur

Bayraqlarımız da, əsgərlərimiz də, şəhidlərimizin məzarları da yan-yanadır

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 103-cü ildönümü tamam olur. 1918-ci ildə qazanılmış bu zəfər Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə mühüm hadisə kimi yazılıb. Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi tarixi-siyasi və mənəvi-psixoloji əsaslara söykənməklə Türkiyə-Azərbaycan qardaşlığının rəmzinə çevrilib. Babalarımzın miras qoyduğu bu qardaşlıq köməyi, silah qardaşlığı sonrakı illər ərzində də bir millət, iki dövlətin taleyində zaman-zaman öz təzahürünü tapıb.

AZƏRTAC uzaq tariximizə qısa ekskurs edərək vaxtilə Bakının, çağdaş tariximizdə isə Qarabağın işğaldan azad edilməsi kontekstində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bəzi məqamlarına nəzər salır.

Tarixə qısa ekskurs

Bolşevik Rusiyası Birinci Dünya müharibəsindən çıxdıqdan sonra geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldilər. Rusiya hərbçiləri silahlarını həmin vaxta qədər Anadoluda, Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində qanlar tökən erməni bandalarına vermişdilər. Həmin vaxt Bakıda qurulan sovet hakimiyyəti dinc türk-müsəlman əhaliyə zülm edirdi. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər yerlərində azərbaycanlılara qarşı törədilən soyqırımının qarşısını nə Transqafqaz Komissarlığı, nə də Transqafqaz Seymi ala bilmədi.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Bakı yadellilərin əlində idi. Osmanlı dövləti iyunun 4-də Batumda imzaladığı müqavilə ilə Azərbaycana yardım etməyi üzərinə götürmüşdü. Cümhuriyyətin müraciəti əsasında Osmanlının hərbi naziri Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu adlandırılan silahlı qüvvə Azərbaycan istiqamətində yola çıxdı.

Qafqaz İslam Ordusunun Bakıya yürüşünün qarşısını almaq üçün hərəkətə keçən bolşevik Rusiyası müharibədə Osmanlının müttəfiqi olan Almaniya ilə avqustun 27-də müqavilə imzaladı. Müqaviləyə görə, Almaniya Bakı neftindən alacağı bəlli pay müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Lakin bu oyunlar Qafqaz İslam Ordusunun yürüşünü dayandıra bilmədi. Bakı şəhəri sentyabrın 15-də azad edildi. Sentyabrın 17-də isə Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. Şəhərin azad edilməsi Bakıya dair iyrənc planları darmadağın etdi.

Qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə də bizi ilk olaraq Türkiyə tanıdı. Bu da qardaşlığın bir nümunəsi oldu. Bakı Türk Şəhidliyi abidəsi isə Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə ehtiramdır.

Azərbaycan torpağında uyuyan türk şəhidlər

Bakı şəhərinin azad edilməsinin yüz illiyi 2018-ci ildə Azadlıq meydanında möhtəşəm paradla qeyd edildi. Azərbaycana gəlmiş Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bu möhtəşəm tədbiri Prezident İlham Əliyevlə birgə izlədi. Eyni zamanda, iki dövlətin ordularının əsgərləri Azadlıq meydanında yan-yana addımladı. Prezident İlham Əliyev paraddakı çıxışında Qafqaz İslam Ordusunun Nuru paşanın rəhbərliyi altında sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsini tarixi hadisə adlandıraraq dedi: “Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır. ...Onların məzarları yan-yanadır. ... onların xatirəsi bizim qəlbimizdədir və onların göstərdikləri qəhrəmanlıq bu gün Türkiyə və Azərbaycan birliyini daha da möhkəmləndirir”.

Həmin paradda çıxış edən Türkiyə Prezidenti vurğuladı ki, şəhidlər fədakarlıqları və cəsarətləri ilə özlərindən sonra nəsildən-nəslə qürurla xatırlanacaq şanlı bir dastan yazaraq, Türkiyə və Azərbaycanın əbədi qardaşlığının da rəmzi oldular. Türkiyə dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan bir ölkədir. Türkiyə Azərbaycan uğrunda 1132 şəhid verib. Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir.

“Bir əsr əvvəl burada aparılan mübarizə bizim qardaşlığımızın, dostluğumuzun, birlik və bərabərliyimizin də rəmzidir. Tarixi bilmədən, bir əsr əvvəl Nuru paşanın və əsgərlərinin minlərlə kilometr uzaqdan Bakıya və Gəncəyə gəlmələrinin səbəblərini dərk etmədən Azadlıq meydanındakı bu həmrəylik mənzərəsinin mənasını anlaya bilmərik”, - deyən Rəcəb Tayyib Ərdoğan bir əsr əvvəl azərbaycanlıların işğal altında zülm çəkdiyini, Nuru paşanın və Qafqaz İslam Ordusunun Bakıya və Gəncəyə gəlişinin əhali arasında böyük ümid doğurduğunu xatırlatdı.

Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Bunu dövlətimizin başçısı çıxışlarında dəfələrlə vurğulayıb: “Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun”.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu kimi transmilli layihələr iki qardaş ölkə arasında yeni körpülər olmaqla, bütövlükdə Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır.

Tarix təkrar olunur

Ötən il sentyabrın 27-də Azərbaycan Vətən müharibəsinə, qurtuluş savaşına qalxaraq 30 ilə yaxın erməni işğalı altında qalmış torpaqlarını azad etdi. Bu şanlı Qələbədə Türkiyə liderinin, türk xalqının mənəvi-siyasi dəstəyi mühüm rol oynadı. Azərbaycanda bunu yüksək qiymətləndirir, minnətdarlıq duyğuları ilə xatırlayırlar.

Vətən müharibəsinin salnaməsini vərəqləsək, aydın görərik ki, müharibənin ilk günlərindən, ilk saatlarından Türkiyə Azərbaycanın yanında olub. Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq işinə öz dəstəyini verib, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və olacağını bəyan edib. Qələbəmizdə mühüm rol oynayan bu siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.

Vətən müharibəsinin hər günü bizim şanlı tariximizdir. Həmin günlərdə paytaxtımız, şəhər və qəsəbələrimiz bir millət, iki dövlətin rəmzi olaraq, Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdi.

2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyədən gəlmiş böyük nümayəndə heyətinin, əsgər və zabitlərin iştirakı birliyimizi, dostluğumuzu və qardaşlığımızı bir daha bütün dünyaya nümayiş etdirdi. “Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür”, - dedi qardaş dövlətin lideri.

Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi münasibətləri yeni səviyyəyə çıxarıb. Bəyannamənin bəndlərindən birində göstərilir: “Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər”.

Bu tarixi bəyannamə bir daha təsdiqləyir ki, kökləri dərin olan qardaşlığımız əbədidir. Biz birlikdə güclüyük!

Bir neçə gün əvvəl Laçın rayonunda Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə döyüş atışlı taktiki təlimi keçirilib. Bu, xalqlarımızın, ordularımızın silah qardaşlığına ən yeni nümunədir.

Bu gün ən yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini yetərincə əks etdirir və Azərbaycan-Türkiyə birliyinin sarsılmaz və əbədi olduğunu göstərir. Tarixi 103 il əvvələ, bəlkə də əsrlərin dərinliyinə gedib çıxan silah qardaşlığımız hər birimiz üçün qürur mənbəyi, güvənc yerimiz olaraq qalacaq.

Gözəl Ağayeva

AZƏRTAC-ın müxbiri, filologiya üzrə

fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“ASAN xidmət”in nümayəndə heyəti Dünya Hökumətlər Sammitində

Bakıda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb

Qırğızıstanda qızılca ilə bağlı vəziyyət gərgin olaraq qalır

Nazir: Yaşıl enerji sahəsində Azərbaycanın pozitiv beynəlxalq mövqeyi var

Aralıq dənizinin dibində ən yüksək enerjiyə malik olan kosmik neytrino aşkar edilib

Deputat: Azərbaycanın uğurlu inkişaf modeli bir sıra dövlətlər tərəfindən öyrənilir və tətbiq edilir

Azərbaycan Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini Daimi Arbitraj Məhkəməsinə təqdim edib

Ötən il “Şahdəniz”dən 28 milyard kubmetr qaz hasil edilib

Türk xalqlarının ortaq tarixi-mədəni irsinin təbliğinə dair müzakirələr aparılıb

Dövlət İmtahan Mərkəzi TKT imtahanına qeydiyyat elan edir

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

® FCHAIN beynəlxalq arenada fəaliyyətini genişləndirir

Mikayıl Cabbarov: Əmək müqavilələrinin sayı 33 faiz artıb

Azərbaycanın daha 3 taekvondoçusu Türkiyədə medal qazanıb

SOCAR Xəzər regionunda ilk dəfə “Leucipa” monitorinq proqramının tətbiqinə başlayır

Azərbaycan Prezidenti: Biz qüdrətli dövlət qururuq, belə dövlətin vətəndaşı isə vergi ödəməkdən qürur duymalıdır

Nazir: Ötən il ARDNF-dən transfertlərin büdcə gəlirlərində xüsusi çəkisi 34 faiz olub

Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcək

Son 5 ildə Azərbaycana ən böyük turist axını 2024-cü ildə qeydə alınıb

Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi – Məqalə

Prezident: Azərbaycan yüksək inkişaf potensialına malik dinamik iqtisadiyyata sahibdir

“Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına

Tovuzda hündürlükdən yıxılan kənd sakini xəstəxanada ölüb

Avropa Liqası: “Fənərbağça”nın ev, “Qalatasaray”ın səfər sınağı

Bu gün Ümumdünya Radio Günüdür

Amerikalı ekspert: Birləşmiş Ştatlar üçün Azərbaycanla əməkdaşlıq baxımından böyük fürsət var

Bakıda “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” forumu keçirilir

Prezident İlham Əliyev Paraqvayın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

Binə stadionunun ot örtüyü yenilənib - FOTOLAR

Türkiyə Prezidenti Pakistana səfər edib

Prezident İlham Əliyev Belarusun ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycanın xarici işlər naziri Almaniyaya işgüzar səfərə yola düşüb

Prezident İlham Əliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

Azərbaycan neftinin qiyməti 78 dollardan aşağı düşüb

Zaqatalada narkotiklərin satışı ilə məşğul olan keçmiş məhkum tutulub

Göygöl rayonunda Topalhəsənli-Kərəmli yolu əsaslı şəkildə yenidən qurulub VİDEO

Olaf Şolts yenidən Kansler seçilmək şansını qiymətləndirib

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

Kuba XİN: USAID həmişə ölkədə nizamı pozmaq üçün pərdə olub

ABŞ Dövlət katibi Yaxın Şərqə ilk səfərini edəcək

Fransada restorana qumbara atılıb, azı 12 nəfər yaralanıb

Ağ ev: Tramp Putinlə rəqabətə baxmayaraq, diplomatiyanı vacib görür

USAID-in Balkan regionundakı “fəaliyyəti”

3D çaplı qapaq ürək xəstəliklərinin müalicəsində inqilab yarada bilər - TƏDQİQAT

İsveç Erebru faciəsindən sonra məktəblərdə təhlükəsizliyi gücləndirir

Almaniya Ukraynaya 100-ə yaxın idarə olunan raket verir

Nazir: Türkiyə ilin sonuna qədər svop sxemi ilə 1.3 milyard kubmetr Türkmənistan qazı alacaq

Tədqiqat: Qan dövranını yaxşılaşdıran siqnal molekulu piylənmə ilə əlaqəli insulin müqavimətini artırır

Almaniya Kansleri seçki kampaniyasının sonuncu mərhələsində irqçilik ittihamı ilə üzləşib

KXDR Cənubi Koreya hava hərəkətinə nəzarət əlaqəsini kəsir

Çempionlar Liqası: “Bavariya”dan səfər qələbəsi, “Milan” “Feyenoord”a uduzub

“Liverpul” Mersisayd derbisində qələbəni əldən verib

Pentaqon: ABŞ enerji resurslarının qiymətini aşağı salmaqla Rusiyanı danışıqlara məcbur edəcək

Zelenski: Kiyev ABŞ-dan təbii ehtiyatlarla bağlı saziş layihəsi alıb

DİN: Yasamal rayonunda yük avtomobilinin ağaca dəyməsi nəticəsində sıxlıq yaranıb

Gəncədə “Sosial media və təhsil” mövzusunda görüşlər davam etdirilir

Cənubi Qafqaz regionunda cərəyan edən proseslər və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub

Vladimir Putinlə Suriyanın yeni lideri arasında telefon danışığı baş tutub

Zelenski Trampla telefon danışığının detallarını açıqladı

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 49 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 46 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 48 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 fevral 2025-ci il tarixli 47 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki  Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 44 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

BMT Ukrayna münaqişəsinin həllində iştirak etməyə hazırdır

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 45 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 10 fevral tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı olub

ABŞ və Rusiya prezidentləri şəxsən görüşmək barədə razılığa gəliblər

Putinlə Tramp arasında telefon danışığı olub

Naxçıvan Muxtar Respublikasının büdcə xərclərinin 56,9 faizi yerli yığımlar hesabına təmin edilib

Avstriyada növbəti dəfə koalisiya danışıqları uğursuz olub

Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1,3 milyard dolları keçib

Azərbaycan ilə Gürcüstan arasında tibbi turizm və demoqrafik problemlərin həlli məsələləri müzakirə olunub

Azərbaycanda keçiriləcək MDB Oyunlarında digər ölkələrin idmançıları da çıxış edə bilərlər

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı dəqiqləşib

Britaniya Ukraynaya 150 milyon funt sterlinq dəyərində hərbi yardım paketi elan edib

UNEC “Yenilikçi və İnkişaf Mükafatı”na layiq görülüb

Türkiyəli ekspert: İrəvanın destruktiv siyasəti Ermənistanı regional əməkdaşlıqdan təcrid edəcək

Əlcəzair Avropaya qaz ixrac edəcək transsəhra boru kəmərinin inşasını sürətləndirir

İlon Mask NATO-nu tamamilə yenidən qurmağa çağırıb

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

İslamabadda Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının açılışı olub

Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsi Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatı oldu - ŞƏRH

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Azərbaycan Prezidenti Çin telekanalına müsahibəsi ilə qlobal siyasətdə diqqət çəkən bütün suallara aydınlıq gətirdi ŞƏRH

Azərbaycan Dohada 13-cü Beynəlxalq Musiqi və Rəqs Konqresində təmsil olunub

Şahmat üzrə Azərbaycan çempionatında bütün finalçılar müəyyənləşib

Belçikanın Şarlörua hava limanında bütün uçuşlar ləğv edilib

Azərbaycan çoxqütblü dünyanın yaranmasının və inkişafının tərəfdarıdır - ŞƏRH

“Mətnin aktual problemləri” monoqrafiyası çapdan çıxıb

Ötən il “Yaşıl Kart” sistemi üzrə 50 mindən çox müqavilə rəsmiləşdirilib

Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs ölkəmizə ekstradisiya edilib

Metin Yıldırım: Qərbi Azərbaycan ruhumuzun əsir olduğu tarixi həqiqətdir MÜSAHİBƏ

Magistraturaya qəbul imtahanında 22 minə yaxın bakalavrın iştirakı gözlənilir

UEFA Azərbaycanın 9 klubuna ödəniş edib

Politoloq: Fransanın siyasətinə böyük etimadsızlıq yaranıb