CƏMİYYƏT


Türkiyə Azərbaycana 10 ədəd GPS stansiyası verəcək

Türkiyə Azərbaycana 10 ədəd GPS stansiyası verəcək

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Türkiyədə səfərdə olub.

Səfər çərçivəsində RSXM-nin baş direktoru Kandilli Rəsədxanası, Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti, Regional Zəlzələ-Tsunami Monitorinq Mərkəzi və Boğaziçi Universitetində bir sıra işgüzar görüşlər keçirib.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, keçirilən görüşlərdə iki ölkə arasında seysmoloji sahədə əməkdaşlığın genişləndirilməsi, AFAD-ın dəstəyi ilə Şuşada seysmik stansiyanın quraşdırılması, iki qardaş ölkə seysmoloqlarının beynəlxalq meqa layihələrdə birgə iştirakı, seysmik stansiya məlumatlarının qarşılıqlı mübadiləsi və s. kimi məsələlər müzakirə olunub.

Həmçinin gələcəkdə Türkiyə tərəfindən Azərbaycana 10 ədəd GPS stansiya verilməsinin nəzərdə tutulduğu da qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.