İQTİSADİYYAT


Türkiyə Azərbaycandan qaz tədarükünü artırır

Türkiyə Azərbaycandan qaz tədarükünü artırır

Ankara, 15 oktyabr, AZƏRTAC

Cari qış mövsümündə havaların sərt keçəcəyi ilə bağlı proqnozlara əsasən Türkiyə ciddi enerji tədarüklərinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkiyə arasında 11 milyard kubmetr əlavə təbii qaz razılaşması bir tərəfdən cari qış mövsümünə hazırlıq, digər tərəfdən isə Türkiyədə enerji məhsullarına artan digər tələbatlarla bağlıdır.

Türkiyənin enerji və təbii qaynaqlar naziri Fatih Dönməz bu barədə açıqlamasında deyib: “Qış yaxınlaşdıqca təbii qaza olan tələbatın artması səbəbindən aparılan danışıqlar faydalı nəticələr verib. Qaz tədarük etdiyimiz ölkələr Türkiyəyə nəql edilən qazın artırılacağını bəyan ediblər. Bu çərçivədə 2024-cü ilin sonunadək Azərbaycandan Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə əlavə 11 milyard kubmetr qaz ixracı barədə müqavilə imzalanıb”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.