Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hikmət Çətindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, əziz qardaşım.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin builki doğum gününüz həm də qardaş Azərbaycan xalqının qürurla qeyd etməli olduğu bir hadisədir. Çünki Sizin müdrik və qətiyyətli rəhbərliyinizlə Azərbaycan Ermənistanı məğlub edərək işğal altında olan torpaqlarını geri qaytarmaqla tarix yazıb.

Azərbaycanın inkişafı və əldə etdiyi uğurlar, eləcə də beynəlxalq səviyyədə daim artan nüfuzu Sizin yorulmaz səyləriniz və rəhbərliyiniz sayəsində mümkün olub.

Cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan xalqının daha firavan və təhlükəsiz həyata inamı tükənməzdir.

Sizə möhkəm cansağlığı diləyir, Zati-alinizin rəhbərliyi ilə qazanılan uğurların Azərbaycanı daha yüksək zirvələrə çatdırmasını arzulayıram.

Dərin hörmətlə,

 

Hikmət Çətin

Türkiyə Böyük Millət Məclisinin sabiq sədri (1997-1999),

Türkiyənin sabiq xarici işlər naziri (1991-1994),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin