DÜNYA


Türkiyə “F-53”lərin ilin sonunadək ölkəyə gətiriləcəyini gözləyir

Ankara, 14 mart, AZƏRTAC

Türkiyə cari ilin noyabrında “F-35” qırıcılarının ölkənin Malatya bölgəsindəki aviabazaya gətiriləcəyini proqnozlaşdırır.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar açıqlama verib. Nazir bildirib ki, aparılan testlər nəticəsində “F-35”lər normal görünür və türkiyəli pilotlar ABŞ-da bu təyyarələr üzərində təlim almaqdadırlar.

Suriyanın İdlib bölgəsi ilə bağlı Türkiyə və Rusiya arasında əldə olunan anlaşmanın icra vəziyyətinə münasibət bildirən nazir deyib ki, ortaq əlaqələndirmə mərkəzinin qurulması üzərində əməkdaşlıq davam edir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.