İDMAN


Türkiyə Formula 1-in İstanbul mərhələsinin növbəti illərdə də keçirilməsini istəyir

Bakı, 16 oktyabr, AZƏRTAC

“İstanbul Park” avtodromunun rəhbərliyi Türkiyə Qran-Prisinin dünya çempionatının təqviminə qaytarılmasını arzulayır. Çünki Türkiyənin ən böyük şəhərinin ətrafındakı Formula 1 yarışı 2005-2011-ci illərdə mütəmadi olaraq keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışın təşkilatçısı “İntercity” şirkətinin rəhbəri Vural Ak xarici KİV-lərə müsahibəsində əsas məqsədin Türkiyə Qran-Prisinin hər il keçirilməsinə nail olmaqdır. O qeyd edib ki, bu, iqtisadi baxımdan məqbul şərtlərlə edilməlidir.

Bundan əvvəl, Formula 1-in 2020-ci ildən sonra İstanbulda keçirilməsi üçün çempionat rəhbərliyi ilə yeni müqavilənin imzalanmasının gözlənildiyi bildirilmişdi. V.Ak uzunmüddətli müqavilə imzalamaq üçün artıq danışıqların aparıldığını da açıqlamışdı.

Formula 1-in Türkiyədə keçirilməsi ilə bağlı qərar son anda, pandemiya şəraitində, mövsümdə təqvimin xüsusi versiyasının hazırlandığı zaman verilib. Belə ki, bunun sayəsində Mucello, Portimao və İmola kimi bir neçə Avropa trası da çempionatın mərhələlərinə ev sahibliyi etmək hüququ qazanıb.

Qeyd edək ki, “İstanbul Park” avtodromunun rəhbərliyi əvvəlcə onu tamaşaçılarla keçirməyi planlaşdırırdı. Lakin sonra yarışların boş tribunalarla keçiriləcəyi açıqlanıb. Vural Ak etiraf edib ki, yarışın tamaşaçısız keçirilməsi ilə bağlı qərar onları kədərləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.