İDMAN


Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb

Bakı, 10 sentyabr, AZƏRTAC

Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə futbol qurumunun rəsmi saytı məlumat yayıb. Altmış doqquz yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

Türkiyə millisi bir neçə gün əvvəl dünya çempionatının seçmə mərhələsi çərçivəsində matçında səfərdə Niderland yığmasına 1:6 hesabı ilə uduzmuşdu. Bu məğlubiyyətdən sonra Günəşin istefası müzakirə edilirdi.

Şenol Günəş 2019-cu ilin fevralından Türkiyə millisini çalışdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.