REGİONLAR
Türkiyə Gəzginlər Klubunun səyahətçilərinin Şuşaya səfəri başlayıb VİDEO
Şuşa, 29 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Türkiyə Gəzginlər Klubunun 30 nəfərlik səyahətçilər heyətinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Heyətə Türkiyə Gəzginlər Klubunun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq səyahətçilər ilk olaraq Şuşa şəhərinə gəliblər. Onlar səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olacaqlar.
Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomadmaniya) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfər edilib. Bu səfərlərdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub.