DÜNYA


Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Vanda 7 nəfər ölüb

İstanbul, 23 fevral, AZƏRTAC

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ Türkiyədə dağıntı və tələfatlara səbəb olub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Van şəhərinin Başqala rayonunda dağıntılar altında qalan 3-ü uşaq olmaqla 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu hazırda axtarış xilasetmə işlərinin davam etdirildiyini, dağıntılar altında qalanların olduğunu bildirib. Nazir Türkiyənin İranla sərhəd digər bölgələrində dağıntılarla bağlı hələ ki, bir məlumatın daxil olmadığını qeyd edib.

Qeyd edək ki, zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.