DÜNYA


Türkiyə İranla gömrük-keçid məntəqələrini bağlayıb

Ankara, 23 fevral, AZƏRTAC

Türkiyə tərəfi koronavirus təhlükəsi səbəbindən İranla gömrük-keçid məntəqələrini müvəqqəti bağlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib. Nazir bildirib ki, İranla sərhədin bağlanması ölkənin koronavirus üzrə Səhiyyə Elmi Təşkilatının qərarıdır.

Qeyd edək ki, Türkiyə ilə İran arasında Ağrıda Gürbulak, Vanda Kapıköy və Hakkaridə Əsəndərə gömrük-keçid məntəqələri mövcuddur.

Rəsmi məlumatlara görə, hazırda İranda koronavirusa yoluxanların sayı 43 nəfərə çatıb, yoluxma hallarının səkkizi ölümlə nəticələnib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.