DÜNYA


Türkiyə İraqın şimalında PPK-ya qarşı yeni əməliyyata başlayıb

Bakı, 24 avqust, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələri avqustun 23-də İraqın şimalında Sinat-Haftan rayonunda PPK-ya qarşı yeni əməliyyata başlayıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir. Məlumata əsasən, həmin rayonda sərhədin təhlükəsizliyinin təminatı, terrorçuların və onların sığınacaqlarının məhv edilməsi “Pəncə-3” adlanan əməliyyatın əsas məqsədidir.

Əməliyyata Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri və pilotsuz uçan aparatları, həmçinin “Fırtına” artilleriya sistemləri cəlb olunub.

Xatırladaq ki, “Pəncə-1” əməliyyatı may ayının sonlarında İraqın şimalında yerləşən Hakurk rayonunda başlayıb. İyul ayında isə əməliyyatlar genişləndirilib və ona “Pəncə-2” adı verilib.

Ölkədə PKK qruplaşması ilə silahlı münaqişənin yeni dalğasının baş qaldırdığı 2015-ci ilin iyulundan bəri terrorçuların hücumu nəticəsində mindən çox hərbçi və 500-dək dinc sakin həlak olub. Türkiyə Müdafiə Nazirliyinin məlumatına əsasən, həmin dövr ərzində təhlükəsizlik qüvvələri 10 mindən çox PKK üzvünü zərərsizləşdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.