DÜNYA


Türkiyə KİV-i: Meşə yanğınlarına görə şübhəli qismində beş nəfər saxlanılıb

Ankara, 30 iyul, AZƏRTAC

İyulun 28-də Türkiyədə baş verən çoxsaylı meşə yanğınları ilə bağlı aidiyyəti qaydada hüquqi araşdırma aparılır.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, yanğınların geniş tüğyan etdiyi bölgələr sırasında yer alan Osmaniyədə yanğın törətmək şübhəsi ilə beş nəfər şübhəli qismində saxlanılıb.

Hələlik saxlanılanların şəxsiyyəti və şübhələrin əsaslılığı barədə açıqlama yoxdur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.