QAN YADDAŞI


Türkiyə KİV-ləri 20 Yanvar hadisələri barədə geniş məlumatlar yayıb

Ankara, 21 yanvar, AZƏRTAC

Türkiyənin kütləvi informasiya vasitələri keçmiş sovet imperiyasının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayətlər barədə geniş məlumatlar yayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şəhidlər xiyabanını ziyarət etməsi orijinal foto və video materiallar əsasında türkdilli oxuculara təqdim olunub.

Məlumatlarda diqqətə çatdırılır ki, Azərbaycan xalqı, o cümlədən qazilər və şəhid ailələrinin üzvləri, dəstə-dəstə Şəhidlər xiyabanına axın edərək, qəhrəman övladlarının əziz xatirəsinə ehtiram göstərib.

Anadolu Agentliyi 20 Yanvar faciəsinin dəhşətlərini infoqrafika ilə də təqdim edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.