SİYASƏT


Türkiyə KİV-ləri Ermənistanın Azərbaycana növbəti hərbi təxribatına kəskin reaksiya verib

Ankara, 13 iyul, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücum cəhdi Türkiyənin aparıcı KİV-ləri tərəfindən kəskin tənqid olunur.

AZƏRTAC xəbər verir ki, münaqişənin əvvəlindən bəri baş verənlər barədə rəsmi məlumatları oxuculara çatdıran Türkiyənin aparıcı KİV-ləri Ermənistanın növbəti təxribat cəhdinin də məkrli məqsəd daşıdığını qeyd edirlər. Diqqətə çatdırılır ki, Ermənistan rəhbərliyi ölkədəki sosial-iqtisadi böhrandan diqqəti yayındırmaq, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə digər tərəfləri qatmaq üçün belə hərbi təxribata əl atır.

Anadolu Agentliyi, TRT HABER və TRT AVAZ televiziya kanalları, o cümlədən aparıcı qəzetlər Ermənistanın növbəti təxribatı barədə çoxsaylı məlumatlar yayımlayıblar.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun “TRT HABER” televiziya kanalında səsləndirdiyi “Ermənistan ağlını başına yığsın. Azərbaycan yalnız deyil” ifadəsi sürətlə tirajlanıb.

Türkiyə mətbuatında Ermənistanın təcavüzkar siyasəti barədə məlumatların, o cümlədən analitik yazıların yayımlanması davam edir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.