SİYASƏT


Türkiyə KİV-ləri VI Bakı Forumundan yazır

Ankara, 27 oktyabr, AZƏRTAC 

Türkiyənin aparıcı KİV-ləri oktyabrın 25-26-da “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu haqqında geniş məlumatlar yaymaqdadır. Qardaş ölkə KİV-ləri Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə reallaşan “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiyaya da yer ayırıb.

Anadolu agentliyi, TRT AVAZ televiziya kanalı, www.timeturk.com, www.memleket.com.tr internet saytları və digər KİV-lər Forumun məqsəd və mahiyyətini türkdilli oxuculara çatdırıb.

TRT AVAZ televiziya kanalının saytında yer alan məlumat oxuculara “Azərbaycanda VI Beynəlxalq Humanitar Forumu” sərlövhəsində təqdim olunub. Məlumatda Prezident İlham Əliyevin Forumda iştirakı və dərin məzmunlu nitqindən ayrı-ayrı məqamlara toxunulub. Dövlətimizin başçısının “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir”, - fikir də xəbərdə əks olunur.

Qeyd edilir ki, 2010-cu ildən Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə təşkil olunan Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr məkanıdır. Türkiyə KİV-lərinin yaydığı informasiyalarda builki forumun tərkibi və müzakirə olunan mövzulardan ətraflı bəhs olunur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.