SİYASƏT


Türkiyə KİV-lərində Azərbaycanla bağlı materiallara geniş yer ayrılır

Ankara, 28 iyul, AZƏRTAC

Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə hücum cəhdləri və bunun fəsadları, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə tutarlı cavab verməsi, xarici ölkələrdə ordumuza dəstək aksiyaları, erməni vandalların soydaşlarımıza hücumları, Azərbaycan-Türkiyə əlaqələri və digər məsələlər Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin əsas mövzusu olmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək keçiriləcək birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri qardaş ölkə KİV-lərində Azərbaycan mövzusunu daha da aktuallaşdırıb.

Anadolu və İHA xəbər agentlikləri, TRT HABER, A HABER, TRT AVAZ, HABER TÜRK, CNN TÜRK, BENGÜ TÜRK telekanalları, “Takvim”, “Yeni çağ”, “Yeşil İğdır”, “15 Temmuz”, “Milliyet”, “Sabah” qəzetləri, eləcə də əyalətlərdə fəaliyyət göstərən çoxsaylı nəşrlər qeyd olunan mövzularla bağlı Türkiyə ictimaiyyətini məlumatlandırmaqda davam edir. Yayılan informasiyalarda, analitik yazılarda mövzuya dair foto və videolar da yer alır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.