DÜNYA


Türkiyə: Livan müvəqqəti olaraq Mersin və İskəndərun dəniz limanından istifadə edə bilər

Ankara, 8 avqust, AZƏRTAC

Türkiyənin vitse-prezidenti Fuat Oktay və Xarici İşlər naziri Mövlud Çavuşoğlunun təmsil olunduqları rəsmi heyət Livanın paytaxtı Beyrut şəhərinə səfər ediblər. Rəsmi görüşlərdən sonra Türkiyə heyəti avqustun 4-də dəhşətli partlayışın baş verdiyi ərazidə olublar.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, fəlakət bölgəsində fəaliyyət göstərən Türkiyə xilasedici və tibb heyətlərinin işi ilə tanışlıq olub, ərazidə yaşayan türklərlə görüş keçirilib.

Livan xalqına hərtərəfli yardım ediləcəyini diqqətə çatdıran vitse-prezident Fuat Oktay bildirib ki, Beyrut limanı bərpa olunan qədər Livan tərəfi Türkiyənin Mersin və İskəndərun dəniz limanlarından istifadə edə bilər. Bu təklif regionda maraqları olan dövlətlər arasında Türkiyənin ortaya qoyduğu ən real kömək kimi dəyərləndirilib.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və Qızıl Ay Cəmiyyətinin heyətləri fəlakət bölgəsinə yardım aparıb. Türkiyə fəlakət bölgəsində səhra xəstəxanası qurub. Bundan başqa, bölgədə xilasedici dəstə, təcili tibbi yardım briqadası fəaliyyət göstərir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.