SİYASƏT
Türkiyə Milli Müdafiə Nazirliyi şanlı Azərbaycan Ordusunun Qələbəsinə həsr olunmuş videoçarx hazırlayıb
Ankara, 14 noyabr, AZƏRTAC
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbəyə həsr olunmuş videoçarx hazırlayıb.
AZƏRTAC xəbər verir ki, Nazirliyin internet səhifəsində yayılan videoçarxda Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən orijinal kadrlar yer alıb.
Videoçarxın mətnində yazılıb: “Qarabağda böyük zəfər əldə edərək bizləri qürurlandıran azərbaycanlı qardaşlarımıza və onların şanlı Ordusunun qəhrəman əsgərlərinə ithaf edirik”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara