SİYASƏT
Türkiyə Milli Müdafiə Nazirliyi sosial şəbəkə hesabında Azərbaycanla həmrəylik videosu paylaşıb
Ankara, 28 sentyabr, AZƏRTAC
Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistanın təxribatları nəticəsində yaranmış qarşıdurmada Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirmək məqsədilə iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə hərbi təlimlərindən videoçarx yayımlayıb.
AZƏRTAC xəbər verir ki, Nazirliyin “Twitter” səhifəsində Azərbaycan və Türkiyə ordularının qüdrətini nümayiş etdirən videoçarx sosial şəbəkə istifadəçiləri tərəfindən geniş şəkildə bəyənilir və sürətlə yayılır.
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsinin xatırladıldığı hissədə “Hər zaman Can Azərbaycanın yanındayıq” yazılır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara