ELM VƏ TƏHSİL


Türkiyə Milli Təhsil Nazirliyi “TEKNOFEST Azərbaycan” festivalında 30-dan çox layihə ilə təmsil olunur

Bakı, 26 may, AZƏRTAC

Can Azərbaycanda olduğumuz üçün çox xoşbəxtik. Üç gündür Azərbaycandayam, özümü ölkəmizdəki kimi hiss edirəm. “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı “Bir millət, iki dövlət” ifadəsinin, Azərbaycan və Türkiyə qardaşlığının təzahürüdür.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Milli Təhsil Nazirliyinin şöbə müdiri Mehmet Ali Adak “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, Türkiyə Milli Təhsil Nazirliyi “TEKNOFEST Azərbaycan” festivalında 30-dan çox layihə ilə təmsil olunur: “Avtomat texnologiyaları sahəsində layihələr təqdim edirik. Ziyarətçilərimizin çoxluğu göstərir ki, layihələrimiz maraqlıdır”.

Qeyd edək ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 26-29-da Bakıda ilk dəfə olaraq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.