DÜNYA


Türkiyə, Pakistan və Əfqanıstan üçtərəfli formatda əməkdaşlıq edəcək

Ankara, 5 yanvar, AZƏRTAC

Türkiyə tərəfi Pakistanla əməkdaşlıq əlaqələrini ikitərəfli və üçtərəfli formatda inkişaf etdirmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri İmran Xan Ankarada keçirdikləri birgə mətbuat konfransında iki ölkə arasındakı münasibətlərin inkişaf dinamikasına dair fikir və mülahizələrini bölüşüblər.

Türkiyə-Pakistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qərarları yüksək dəyərləndirilib. Məlumat verilib ki, Türkiyə, Pakistan və Əfqanıstan üçtərəfli Zirvə görüşünün mart ayından sonra İstanbulda keçirilməsi üçün razılıq əldə olunub. Bundan başqa, vurğulanıb ki, terrorla mübarizə, təhsil, ticarət və digər sahələrdə əməkdaşlığın gucləndirilməsi üçün imkanlardan səmərəli istifadə olunmasına dair qərarlar verilib. Əminliklə ifadə olunub ki, 2019-cu ildə Türkiyə-Pakistan münasibətlərində əməkdaşlığın inkişaf dinamikası daha sürətlə aparılacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.